Güclü bir baş ağrısı bütün günü yataqda keçirmənizə səbəb ola bilər və bütün planlarınızı poza bilər. Baş ağrısı əksərən şiddəti olur və sinirlərə birbaşa təsir edir. Ondan qurtulmaq üçünsə çoxları dərhal ağrıkəsici dərman qəbul edir. Ancaq elə adamlar da var ki, dərmandan istifadə etmək istəmirlər.
Unikal.org lent.az-a istinadən bildirir ki, adi bir baş ağrısı üçün dərman atmaq istəmirsinizsə, bu sadə çarəni tətbiq etməlisiniz. Əsas ərzaq isə duzdur.
 
Bir stəkan limonadın içinə 2 çay qaşığı duz töküb için və baş ağrısından qurtulun.
Baş ağrısını duzla keçirməyə qərar vermisinizsə, ən yaxşısı Himalay, ya da dəniz duzudur. Çox vaxt Himalay duzu tövsiyə edilir, çünki tərkibində 84 mineral və insan bədəni üzərində müsbət təsirləri olan elektrolitlər, elementlər var. Duz ağrının yüngülləşməsinə yardım edir, immuniteti gücləndirir, bədənin enerji səviyyəsini yüksəldir, bədəndəki seratonin və elektrolit səviyyələrini nizamlayır.