Yazın gəlməsi və havaların istiləşməsi ilanvurma faktlarının da artmasına səbəb olub. Sonuncu belə hadisə Tovuz rayonunda qeydə alınıb.
Unikal.org bildirir ki, Tovuz Mərkəzi Rayon Xəstəxanasından anspress-ə verilən məlumata görə, Aşağı Quşçu kəndində kənd sakini, 1977-ci il təvəllüdlü Elsevər Sahib oğlu Qasımov həyətyanı sahəsini suvaran zaman ilan onu sağ ayağının baldır nahiyəsindən sancıb.
39 yaşlı kişi dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona zəhər əleyhinə zərdab vurulub.
Həkimlər onun vəziyyətini normal qiymətləndirirlər.
Bu, son günlər Tovuz rayonunda baş verən ikinci belə faktdır. May ayının 30-da Düz Qırıqlı kənd sakini, 2006-cı il təvəllüdlü Aydın Əliyevi əl barmağından ilan sancıb. O, xəstəxanaya yerləşdirilib və ona ilan zəhəri əleyhinə zərdab vurulub.
A. Əliyev həyətyanı sahələrində təsərrüfatda işləyərkən ilan onu sancıb.