Gədəbəy rayonunda bıçaqlanma hadisəsi baş verib.
Unikal.org Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə rayonun Dəyirman Dağı kəndində qeydə alınıb.
Kənd sakini, 1983-cü il təvəllüdlü Vüsal Məsimov naməlum şəraitdə bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün Vüsal Məsumovun həyatını xilas etmək mümkün olub. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə Vüsal Məsimov mübahisə zəminində həmkəndlisi tərəfindən bıçaqlanıb.
Faktla bağlı Gədəbəy rayon polis şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət işi başlanıb.