Daşkəsəndə yerli sakin bıçaq xəsarət alıb.
Unikal.org-un report-a istinadən məlumatına görə, hadisə Daşkəsən şəhərində qeydə alınıb.
Rayon sakini, 1999-cü il təvəllüdlü Elvin Əsgərov bıçaq yarası ilə xəstəxanaya aparılıb. Həkimlər tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra o, Gəncə şəhərindəki xəstəxanaların birinə göndərilib. Özünün dediyinə görə, O ehtiyatsızlıqdan özü-özünə xəsarət yetirib.
Belə ki, əlində bıçaq olub və ehtiyatsızlıqdan yıxılaraq əlində ki, bıçaq özünə batıb.
Faktla bağlı araşdırma aparılır.