40 avtomobildən oğurluq edən şəxslər saxlanılıb.
Unikal.org bildirir ki, Gəncə şəhər sakini, əvvəllər məhkumluq həyatı yaşayan Mayıl Həsənov tanışı Xəlil Qarayevlə qabaqcadan əlbir olub qrup təşkil edərək gecə saatlarında şəhərin müxtəlif ərazilərində avtomobillərin ehtiyyat hissələrini oğurlayıblar.
Əldə etdikləri qəniməti müxtəlif ünvanlarda tanımadıqları şəxslərə satan oğrular qazanclarını kef məclislərinə xərcləyiblər. Onlarxeyli sayda nəqliyyat vasitəsinin ehtiyyat hissələrini və qiymətli əşyalarını oğurlayıblar.
Saxlanılan şəxslər törətdikləriəməllərini etiraf ediblər. Xəlil Qarayev oğurluq zamanı yalnız gözətçi mövqeyində dayandığını desə də, əldə etdiklərini birgə satdıqlarını inkar etməyib.
Hazırda hər iki şəxs barəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq aparılır.