"Lukoyl" şirkəti İran "qara qızılı"nın öz neft emalı zavodlarına tədarük edilməsi ilə bağlı uzunmüddətli müqavilə imzalayacaq.

Unikal.org axar.az-a istinadən bildirir ki, bunu İranın neft naziri Bijan Namdər Zənqani ilə görüşdən sonra jurnalistlərə açıqlamasında "Lukoyl" prezidenti Vahid Ələkbərov söyləyib.
 
Qeyd edək ki, "Lukoyl" Rusiyanın ən böyük neft şirkətlərindən biridir. Şirkət rəhbəri Ələkbərov bundan öncə də şirkətin İrana investisiya yatırmaqda maraqlı olduğunu açıqlamışdı.