"Məni pulla satın ala biləcəyini düşünürdün?! Sanırdın ki, bahalı ev, villa, maşın, paltarlar, xidmətçilər mənə insan olduğumu unutduracaq?! Sənin pulun başına dəysin!"Bunu söyləyən gənc xanım ərinin ona aldığı çox bahalı çantalara od vurub.
Unikal.org milli.az-a istinadən xəbər verir ki, olay Çinin Quançjou şəhərində yaşanıb. 21 yaşlı Syao Ton ərinin ona aldığı, ümumi dəyəri 230 min dollardan artıq olan Louis Vuitton, Prada və Hermes çantalarının yaşadıqları superlüks apartamentinin önündə bir yerə yığaraq yandırıb.
21 yaşlı Syao Ton və 23 yaşlı Çjan Qun bu ilin əvvəlində ailə qurublar. Onlar Quançjou Universitetində təhsil alırlar və elə universitetdə də tanış olublar.
Qunun atası milyarder iş adamı, daşınmaz əmlak maqnatıdır. Syaonun atası müəllim, anası isə fabrikdə fəhlədir.
Toydan sonra Çjan Qun xanımının qarşısında çeşidli şərtlər qoyub ki, onların arasında "valideynlər, ailə üzvləri və qohumlarla mümkün qədər az əlaqə saxlamaq, əvvəlki tanışlarla görüşməmək" də vardı.
Belə yasaqlar az sonra Syaonu usandırıb.
"Mən kasıb, sən varlı ailədənsənsə, həyatımı sən müəyyənləşdirə bilməzsən! Belə yaşaya bilmirəm! Boşanmaq istəyirəm", - deyərək ağlayan Syaonu fikrindən döndərmək, sakitləşdirmək üçün Çjan Qun onun qarşısında diz çöküb, gənc xanımın ayaqlarını qucaqlayıb.