Dünən Bakı şəhərinin Nərimanov rayonunda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Unikal.org lent.az-a istinadən əldə etdiyi məlumata görə, Murtuza Nağıyev küçəsi 2A ünvanındakı yeni tikilmiş çoxmərtəbəli binanın 9-cu mərtəbəsindəki pilləkən meydançasından özünü ataraq intiuhar edən 1968-ci il təvəllüdlü Ağayeva Səidə Müzəffər qızı əslində həmin binanın sakini olmayıb.
Bildirilir ki, S.Ağayeva Nərimanov rayonunun Təbriz küçəsində yaşayırmış və evini dəyişdirmək istəyirmiş. O, M.Nağıyev küçəsinə də ev almağı planlaşdırıbmış və bu məqsədlə həmin ünvana gedib.
S.Ağayeva təhsil müəssisələrindən birində çalışırmış və 2 ay əvvəl hələlik dəqiqləşməmiş səbəblərdən işdən çıxarılıb.
 
Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir. 

Qeyd edək ki, oxşar hadisə Yasamalda da baş verib. Hüseyn Cavid prospekti 575-ci məhəllədə yaşayan 1949-cu il təvəllüdlü, Rusiya vətəndaşı Muradova Nina Aleksandrovna özünü 5-ci mərtəbədən atıb. O, hadisə yerindəcə keçinib.
 
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.