Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin növbəti dəfə artırılması barədə Nərimanov rayon Məhkəməsinin qərarından verdiyi apelyasiya şikayətinə baxılıb.
Unikal.org-un Trend-ə istinadən məlumatına görə, prosesdə şikayət araşdırılsa da təmin edilməyib. Nərimanov rayon Məhkəməsinin qərarı qüvvəsində saxlanılıb.
Qeyd edək ki, C.Hacıyev ötən il dekabrın 5-də Nərimanov rayon məhkəməsinin qərarı ilə həbs edilib. Sonradan C.Hacıyev barəsində olan həbs qərarının müddəti 3 dəfə artırılıb. O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham olunur.