Qoyun ətindən fərqli olaraq quzu ətinin qiyməti qalxıb.
Unikal.org “Xəzər xəbər”ə istinadən xəbər verir ki, hazırda bazarda 1 kiloqram quzu ətinin qiyməti 14 manatdır.
Satıcılar deyirlər ki, qiymətlər 1 aya yaxındır ki, qalxıb.
Qiymət artımının səbəbinə gəldikdə isə, satıcılar deyirlər ki, başlıca səbəb bu aylarda yaşanan quzu qıtlığıdır. Tələb çox olduğundan bölgələrdə əmlik quzu tapmaq sözün əsl mənasında müşkülə çevrilib.
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən bildirildi ki, nazirlik ətin qiymətinin müəyyən edilməsində iştirak etmir. O ki qaldı bölgələrdə yaşanan quzu qıtlığına, nazirlikdən bildirildi ki, bu, düzgün yanaşma deyil. Qiymətin qalxmasına bayram günlərində quzu ətinə tələbin çox olması səbəb ola bilər.