Yanvarın 2-də Abşeron rayonunun Qobu qəsəbəsində yaşayan Elçin Məmmədovun evinə gəlmiş qardaşı Rafiq münaqişə zəminində onun arvadı Əqidə Məmmədovanın baş nahiyəsinə küt alətlə xəsarət yetirib.

DİN-dən Unikal.org-a verilən məlumata görə, o, aldığı xəsarətdən hadisə yerində ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov saxlanılıb.