Abşeron rayonunda jurnalistin evi qarət olunub.
Bu barədə Unikal.org-a ev sahibi, "Telegraf.com" saytının əməkdaşı Hacı Zeynalov məlumat verib.
Jurnalist bildirib ki, Abşeron rayonunun Saray qəsəbəsindəki evi qarət edilib: "Dekabrın 21-də ailəmlə birlikdə evdən çıxmışıq. Ayın sonunda evə gələndə məlum oldu ki, naməlum şəxslər pəncərəni sındırıb evə daxil olublar. Hadisə nəticəsində evdən 500 manatdan artıq pul, televizor, məişət əşyaları, mənzilimin və uşaqlarımın sənədləri olan çamadanı aparıblar. Ümumilikdə mənə 1500 manatdan artıq maddi ziyan dəyib".
Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi başlanıb.