İyul ayında elektrik enerji sistemində yaranan böhran səbəbindən Prezident İlham Əliyev tərəfindən yaradılan Dövlət Komissiyasının yekun rəyindən sonra həyata keçirilən islahatlar və “Ölkə enerjisistemində yaranmış kritik vəziyyətin aradan qaldırılması məqsədi ilə hazırlanmış reabilitasiya üzrə Tədbirlər Planı”na uyğun olaraq görülən işlər nəticəsində “Azərenerji” ASC tərəfindən ciddi irəliləyişlər əldə edilməkdədir.
Unikal.org xəbər verir ki, görülən işlərin nəticəsi olaraq 2017-ci il ilə müqayisədə 2018-ci ildə elektrik enerjisinin illik istehsalı 22.52 milyard kvts və ya 3.4 % artıb.
Azərbaycan Respublikasından Rusiya, Gürcüstan, İran və Türkiyəyə ixrac olunan elektrik enerjisi 2017-ci il ilə müqayisədə, 2018-ci ildə 175 milyon kvts və ya 14.2 % artıb.