Türkiyənin Burdur əyalətinin Tefenni rayonunda qətlə yetirilən Azərbaycanlı qızla bağlı yeni məlumat yayılıb.
Unikal.org xəbər verir ki, 24 yaşlı Qənirə Cabbarova Teffeni-Çavdır avtomobil yolunun Beyköy yolayrıcında taksi ilə evinə qayıdarkən Halil.A. adlı şəxslə mübahisə edib. Bu mübahisənin dava-dalaşa dönməsi nəticəsində Qənirə Cabbarova bıçaqlanıb. İddiaya görə, taksidə Halil.A. adlı şəxs 24 yaşlı Qənirə Cabbarovaya 55 bıçaq zərbəsi vurub. Hadisə yerindən qaçan Halil.A saxlanılaraq məhkəməyə gətirilib.
Qətlin təfərrüatı barədə ətraflı məlumat verilmir. İlkin ehtimala görə, qısqanclıq zəminində qətl törədilib. Faktla bağlı araşdırma aparılır.
Azərbaycan vətəndaşının cənazəsi isə müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Antalya şəhər şöbəsinə təhvil verilib. Meyit hələ yaxınlarına qaytarılmayıb.
Qətlə yetirilən 24 yaşlı Qənirə Cabbarovanın göüntülərini sizlərə təqdim edirik: