Azərbaycanda saxlanılaraq Türkiyəyə təhvil verilən FETÖ-çü müəllim Mehmet Gelen məhkəmə qarşısına çıxarılıb.
Unikal.org "Anadolu" agentliyinə istinadən xəbər verir ki, M.Gelenin barəsində Ankara məhkəməsi tərəfindən həbs qərarı çıxarılıb. O, məhkəmədən sonra həbsxanaya yerləşdirilib.
Qeyd edək ki, Fətullah Gülənə məxsus məktəblərdə müəllimlik edən M.Gelenin saxta pasportla Belarusa keçmək cəhdi baş tutmayıb. O, Azərbaycanda saxlanılaraq Türkiyəyə təhvil verilib.