Ukraynanın Lvov vilayətinin prokurorluğunda qətldə ittiham edilən dörd nəfər Azərbaycan vətəndaşına qarşı araşdırmalar başa çatıb.

Unikal.org bildirir ki, onlara qarşı soyğunçuluq və bədənə qəsdən ağır xəsarət yetirmə maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, hadisə 2018-ci ilin iyununda Lvov vilayətinin kəndlərindən birində baş verib. Dörd azərbaycanlı 59 yaşlı kənd sakininin evinə hücum edərək, metal boru ilə onun başından zərbə vurub. Aldığı xəsarətdən kənd sakini hadisə yerində ölüb. 

Bundan başqa, onlar evdən 13 min qriven (təxminən 800 manat – red.) pul, televizor və qızıl-zinət əşyaları aparıblar. 

Əməlləri sübuta yetirilsə, onları 7 ildən 15 ilədək həbs cəzası gözləyir. (oxu.az)