Türkiyənin Düzcə şəhərində qorxunc cinayət hadisəsinin üstü açılıb.
Unikal.org xəbər verir ki, meşədə gənc qadının parçalanmış cəsədi tapılıb.
Cəsəd ova çıxan vətəndaşlar tərəfindən aşkar edilib. Polis qadının öldürüldükdən sonra meşəyə atıldığı və vəhşi heyvanlar tərəfindən parçalandığı qənaətinə gəlib. Cinayət, təxminən, 10 gün öncə baş verib.
Cəsəd ekspertiza üçün İstanbul Tibbi Ekspertiza Qurumuna göndərilib.