Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Ramil Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Sadıqov 2 il 2 ay 28 gün azadlıqdan məhrum edilib.

İttihama görə, Ramil Sadıqov azyaşlı oğlana qarşı seksual xarakterli hərəkətlər edib. Uşağın valideynlərinin hadisədən xəbər tutub. Şikayət əsasında Ramil Sadıqov saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham verilib.