Azərbaycanda supermarketə silahlı basqın olub.

Unikal.org “Qafqazinfo”ya istinadən xəbər verir ki,  “Bazarstore” marketlər şəbəkəsinin Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən filialına gələn maskalı şəxs silahla kassiri hədələyərək pul tələb edib.

Mağazanın mühafizəçiləri və müdir müavini Famil Babayev həmin şəxsə müdaxilə edərək zərərsizləşdirmək istəyiblər. Silahlı şəxs tapançanın arxası ilə Famil Babayevin başından vuraraq oradan qaçıb.

Abşeron rayon polis şöbəsində faktla bağlı Cinayət Məcəlləsinin 181.2.5-ci (silahlı quldurluq) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən şəxsin cinayət məsuliyyətinə cəlb olunması üçün istintaq aparılır.