Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım iyunun 4-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
 
Baş nazir bu ziyarətindən sonra, Azərbaycan Respublikasına rəsmi səfəri iyunun 4-də başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyənin Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımı və xanımı Semiha Yıldırımı hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər yola salıblar.