Göygöl rayonunda qanunsuz ovçuluqla məşğul olan şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə Regional qrupundan Unikal.org-a verilən məlumata görə, yanvarın 14-də qanunsuz ov etdiklərinə görə 5 nəfər Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla onların Göygöl rayon sakinləri - Nazir Bağırov, Xanlar Bağırov, Şükür Bağırov, Bayram Bağırov və Namiq Bağırov olduqları müəyyən edilib. Qeyd edək ki, saxlanılanlar qohumdur. Onlardan müvafiq sənədləri olmayan 2 ədəd “TOZ” və 3 ədəd “İJ” markalı ov tüfəngləri, ümumi sayı 84 ədəd olan patron, habelə ovladıqları 2 dovşan götürülüb.
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.