Amerikada yaşayan azərbaycanlı qətlə yetirilib.
Unikal.org-un əldə etdiyi məlumata görə, ABŞ-ın Şimali Karolina ştatında Şərqi Çarlotte şəhərində «Fixer Electronic Repair» dükanının sahibi 29 yaşlı həmyerlimiz Elçin Xəlilov iş yerində güllələnib. Yaralı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Şahidlərin dediyinə görə, onu güllələyən şəxs mağazadan oğurluq etmək istəyib. Hazırda axtarışlar davam etsə də, cinayətkar hələ də saxlanılmayıb.
Qeyd edək ki, Elçin Xəlilov mobil telefonların təmiri və satışı ilə məşğul olub. Bir neçə il öncə ABŞ-a köçmüşdü.
Famil Fərhadoğlu