Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN Mətbuat xidmətinin Şəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Ağdaş şəhər sakini Kamran Xandadaşov saxlanılıb. Onun ətrafında aparılan araşdırmalarla narkotik vasitələri əldə etdiyi mənbə də aşkar edilib. K.Xandadaşov 1 ədəd kibrit qutusundakı qurudulmuş marixuananı rayonun Pirəzə kənd sakini Ziya Əliyevdən aldığı müəyyən edilib. Z. Əliyevin yaşadığı evinə baxış keçirilən zaman satış məqsədilə saxladığı 10 ədəd müxtəlif sellofan torbalarda ümumi çəkisi 4 kq 935 qr qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.