"Bu macəranı qisas kimi düşünsəm də, sonradan hər şey dəyişdi, kitaba döndü. Məni aldadan insanla yalnız belə davrana bilərdim".
İngilis yazıçı Laura Ceyms Uilyams ona xəyanət edən nişanlısından çox qəribə, indiyədək bəlkə də misli görünməmiş qisas alıb.
Unikal.org milli.az-a istinadən xəbər verir ki, İngiltərənin Derbi şəhərinin sakini, 30 yaşlı Laura əvvəlcə Britaniyanı, sonra da Amerika və Avropanı dolaşaraq tanış olduğu hər kişi ilə yatağa girib.
Lauranın dediyinə görə, ona xəyanət edən sabiq nişanlısından bu minvalla qisas almağa çalışıb.
Səyahət əsnasında 80 kişi ilə tanış olan və onların hər biri ilə qısamüddətli "eşq macərası" yaşayan Laura Ceyms Uilyams başına gələnləri "Becoming: Sex, Second Chances, and Figuring Out Who the Hell I Am" adlı kitabında əks etdirib.
"Nişanlımla evlənməyə, ailə qurmağa hazırlaşırdıq. Lakin onun mənə xəyanət etdiyini öyrəndim. Gümanlarım təsdiqləndi. Mənimlə belə alçaqcasına davranan insanın yalanını, xəyanətini bağışlaya bilməzdim. Üstəlik, mənə deməmiş o, sən demə, başqa qadınla nişanlanıbmış. Mən də qisas almaq istədim, ona dərs vermək istədim", - Laura deyib.
Lauranın sözlərinə görə, əvvəlcə Britaniyanı dolaşıb, amma "qırılmış ürəyinin yarasına məlhəm tapmaq üçün" Fransanın paytaxtına, Parisə yollanıb.
Daha sonra isə o, Avropa ölkələrini gəzib.
"80 kişi ilə tanış oldum. Bəziləri ilə İnternet vasitəsilə, bəziləri ilə küçədə, restoranda, kafedə... Hər biri ilə yatağa girdim, məni aldadan, mənə xəyanət edən əclafı unutmağa çalışdım. Sonda Detroytda idim, Şərqi Miçiqan Universitetində. Sonuncu yataq eşqim də universitetin 18 yaşlı tələbəsi Çadla oldu", - Laura kitabında yazıb.
Yazıçı bildirir ki, onun yatağa saldığı 80 kişidən hər biri eşq izharında olub: "Onların hər biri məni çox sevdiyini, mənimlə evlənmək istədiyini, mənsiz yaşaya bilməyəcəyini deyirdi. Aralarında ailələri olanlar da çoxdu: belələri razılaşacağım təqdirdə, arvadlarını dərhal boşayacaqlarını da deyirdilər. Amma hamısını rədd etdim, çünki kişilərdən qisas almaq istəyirdim. Kişilər bilməlidirlər ki, qadının ürəyini qırmaq, qadını aldatmaq olmaz. Çünki qadının intiqamı çox acı olur. Mənim sevgimi ayaqlar altına atan da kişi idi, ayaqlarımın altında sürünüb yalvaranlar da..."