Tovuzda dəhşətli ailə dramı baş verib.

Unikal.org Baku.ws-yə istinadən xəbər verir ki, yanvarın 15-də Tovuzda 41 yaşlı kişi qeyri-rəsmi şəkildə münasibətdə olduğu 28 yaşlı qadını yandırıb.

Belə ki, həmin gün saat 21:00-da 1978-ci il təvəllüdlü Əflatun Məhərrəm oğlu Ələkbərov münasibətdə olduğu 1991-ci il təvəllüdlü Nüşabə Zeynaləbdin qızı Bayramovanın üstünə benzin tökərək yandırıb.
 
Hadisə nəticəsində qadın ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hadisə şəxsi mübahisə zəminində baş verib. Belə ki, qadın kafelərin birində işə düzəlib. Kişi isə onun kafedə işləməsinə etiraz edib. Lakin qadın onun sözünü dinləməyib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.