Azərbaycan dövlətinin “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Rusiyada tutulub. 

Unikal.org xəbər verir ki, Moskvada saxlanılan 35 yaşlı Kənan Kazımov saxlanılıb. Kənan Kazımov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub.

Hazırda  Azərbaycana ekstradisiyası üçün işlər davam etdirilir.