
Siyasi səbəblərə görə 2009-cu ildə İrandan Türkiyəyə sığınan Qulam Rəza Şırdam 7 il ərzində başqa bir ölkədə yaşamaqla bağlı müraciətini cavablamadığı üçün Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığına etiraz olaraq ağzını və qulaqlarını iynə-sapla tikib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, jurnalistlərə açıqlamasında 5 gündür ağzının və qulaqlarının tikili olduğunu bildirən və sadəcə şəkərli su ilə qidalanan R.Şırdam 20 gün ərzində qurumdan hər hansı bir cavab gəlməsə gözlərini də tikəcəyini bildirib