Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan "Honda Odyssey" markalı nəqliyyat vasitəsi ilə gələn həmin ölkə vətəndaşının avtomobilinə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Unikal.org-a verilən məlumata görə, baxış zamanı sükanı sağ tərəfdə olan nəqliyyat vasitəsinin ön oturacağının söykənəcəyinin arxa cibində 1 ədəd bükülüdə qablaşdırması ilə birlikdə ümumi çəkisi 2 qram narkotik vasitə - marixuana aşkar edilib.
Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, piyada yolla İran İslam Respublikasından gələn bu ölkə vətəndaşı Astara gömrük postunda saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama zamanı onun üzərində qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasada, daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan vətəndaşın tibbi müayinəsi nəticəsində - düz bağırsağından, şəffaf sellofana bükülü 6 ədəd yumru uzunsov formalı bağlama və bir ədəd kiçik ölçülü büküm aşkarlanıb. Baxış zamanı 2 ədəd bağlamada ümumi çəkisi 105 qram təşkil edən narkotik vasitə - heroin, 4 ədəd bağlamada ümumi çəkisi 105 qram təşkil edən psixotrop maddə - metamfetamin və bir ədəd xırda ölçülü bükümdə isə ümumi çəkisi 6 qram təşkil edən narkotik vasitə - tiryək aşkarlanıb.
Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir.