Dünən Bakı şəhərinin Qaradağ rayonu ərazisində sərnişin avtobusunun iştirakı ilə baş vermiş ağır yol qəzasında ölənlərin adları məlum olub.
 
 
Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, saat 16:30 radələrində Bakı-Ələt magistral yolunun 36-cı kilometrliyində "İsuzu" markalı sərnişin avtobusu ilə "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində vəfat edən şəxslər Şəmkir rayonunun Təzəkən kənd sakini, 1954-cü il təvəllüdlü Əmiraslanova Nanə Məmməd qızı və 1983-cü il təvəllüdlü Əmiraslanova Röya Rasim qızıdır. Onların ana-bala olduğu bildirilir.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
 
 
*****
 
4 iyun
 
 
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyanın baş həkimi Rauf Nağıyev Lent.az-a bildirib ki, qəzada ölənlərin hər ikisi qadındır. Onlardan biri təxminən 60-65, digəri isə 30-35 yaşlarındadır. 
 
***
 
19:13
 
Bakı şəhərində daha bir sərnişin avtobusu qəza törədib.
 
Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, Qaradağ rayonunda "MERCEDES" markalı minik avtomobili ilə "İSUZU" markalı sərnişin avtobusunun toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
 
Hadisə zamanı  "MERCEDES" markalı avtomobil deformasiyaya uğrayıb və içərisində olan 2 sərnişin aldıqları bədən xəsarətlərindən hadisə yerində vəfat edib.
 
Xilasedicilər sıxılmış vəziyyətdə qalmış meyitləri avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 17:02-də başa çatıb.