Əmək və Əhalinin Sosial Mdafiəsi Nazirliyi daha bir kimsəsiz ahılaa sahib çıxıb.

Nazirliyin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, 1952-ci il təvəllüdlü Abasova Zivər Teymur qızının daimi yaşayış yeri olmadığı üçün paytaxtdakı ticarət mərkəzlərindən birində gecələdiyi barədə nazirliyə daxil olan məlumatla əlaqədar müvafiq tədbir görülüb: "Dünən axşam saatlarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Z.Abasovanı gecələdiyi yerdən götürərək Sosial Sığınacağa gətiriblər. O, burada geyim, qida və sosial-məişət xidmətləri ilə tam təmin olunur. Bundan sonra Z.Abasova həmişəlik dövlətin himayəsi altında yaşayacaq".

Qeyd edək ki, 1 aydır “Vasmoy” bazarında gecələyən Zibər Abbasova ilə bağlı Unikal.org-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ünvanına tənqidi məlumat dərc edilmişdi.