Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı və universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru, dosent Vazeh Əskərov Azərbaycan nümayəndə heyətinin İsrailə işgüzar səfəri çərçivəsində Azrieli Akademik Mühəndislik Kollecində təşkil olunan tədbirdə iştirak edib.

Unikal.org xəbər verir ki, Azərbaycanın bir sıra dövlət qurumlarını təmsil edən nümayəndə heyəti Azrieli Akademik Mühəndislik Kollecinin prezidenti, professor Roza Azhari, həmçinin kollecin professor-müəllim heyəti ilə görüş keçirib.

Görüşdə təhsil və elm sahəsində əməkdaşlıq və s. məsələlər müzakirə olunub.

Daha sonra nümayəndə heyətimiz İsrailin İqtisadiyyat Nazirliyində “Fövqəladə hallarda iqtisadi resursların idarə edilməsi” mövzusunda təşkil edilən tədbirdə iştirak edib, həmçinin “Flying carpet” və “Monatours” şirkətlərinin nümayəndələri ilə görüşüblər.

Qeyd edək ki, ADNSU-nun rektoru, professor Mustafa Babanlı və UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əskərov 20-24 yanvar tarixlərində Azərbaycan nümayəndə heyətinin tərkibində İsraildə işgüzar səfərdə iştirak edir. Nümayəndə heyətinin tərkibində Vergilər Nazirliyinin aparat rəhbəri Nazim Səmədov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İbrahim Quliyev, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktorunun müavini Fərid Əhmədov, İqtisadiyyat Nazirliyinin Səfərbərlik hazırlığı şöbəsinin müdiri Bəhruz Məmmədov, Sumqayıt Kimya Sənaye Parkının direktor müavini Fuad Pənahov, "Azərbaycan Hava Yolları" QSC-nin İsraildəki nümayəndəsi Nazim Səmədov, Vergilər Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərid Hacıyev və Vergilər Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin dövlət vergi müfəttişi Esmira Məmmədova iştirak edir.