iOS 12.1 əməliyyat sistemindəki problem iphone istifadəçilərinin narazılığına səbəb olub.  İddialara görə iOS 12.1 versiyasındakı cihazda "FaceTime"la zəng edilən zaman danışıqların başqa şəxslər tərəfindən dinlənilə bilir. 

Unikal.org xəbər verirn ki, “Guardian”ın araşdırmaları zamanı problem üzə çıxıb.
Belə ki, test zamanı istifadəçilərin fərqinə varmadan danışıqarının dinlənilməsinin mümkün olduğu məlum olub.
 
iOS 12.1 distributivinin yüklü olduğu iPad və ya iPhone telefonunuzla bu əməliyyat sisteminin yüklü olduğu digər telefona "FaceTime" vasitəsi ilə zəng etdiyiniz zaman qarşı tərəf cavaplamasa da onu dinləyə bilirsiniz. 

“Apple” şirkəti isə görüntülü zənglər üçün istifadə olunan “FaceTime”dakı bu problem aradan qaldıracağını bildirib. 
Bildirilir ki, hazırda istifadəçilər üçün ən güvənli addım “FaceTime”ı telefonlarında deaktiv etməkdir.