Suriyanın Hələb şəhərində yaşayış binası çöküb.

Unikal.org xəbər verir ki, çökən 7 mərtəbəli yaşayış binası daha əvvəl Əsəd rejimi tərəfindən bombardman edilmişdi.

Məlumata görə, hadisə nəticəsində 7 nəfər həlak olub, xeyli sayda insan yaralanıb. Çökən binanın qalıqları altında 2-si uşaq olmaqla, bir ailənin 5 üzvü dünyasını dəyişib.

Ərazidə axtarış-xilasetmə tədbirləri davam etdirilir.