ABŞ Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında görüş təşkil etmək üçün zəruri olan 2025-ci il avqustun 20-dək Rusiyaya qarşı sanksiyalar çərçivəsində qadağan olunmuş bütün əməliyyatlara icazə verib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ABŞ Maliyyə Nazirliyi avqustun 20-dək Alyaska sammiti üçün zəruri olan bütün maliyyə əməliyyatlarını sanksiyalardan azad edib.
ABŞ Rusiyaya Alyaskada nadir torpaq minerallarının birgə işlənməsini təklif etmək istəyir.
Donald Tramp qarşıdakı görüşdə Rusiya lideri Vladimir Putinə bu fikri səsləndirmək niyyətindədir. Müharibəyə son qoymaq üçün bir stimul olaraq, Ağ Ev Rusiyanın Alyaska resurslarına çıxışına icazə verməyi və Rusiya aviasiya sənayesinə tətbiq edilən sanksiyaları qismən ləğv etməyi düşünür.