Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvanda Baqramyan prospekti 26 ünvanında yerləşən iqamətgahından oğurluq edən şəxs müəyyən edilib. 

Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, faktla bağlı müstəntiqlər 20 nəfəri dindiriblər.
Onlardan biri, 1956-cı il təvəllüdlü qadın iqamətgahdan xatirə sikkələrini oğurladığını etiraf edib. Qiymətli əşyalar yerinə qaytarılıb, cinayət işi başlanıb.