Türkiyənin seysmik cəhətdən aktiv olan Balıkesir vilayətinin Sındırqı bölgəsində üç gündə 900-ə yaxın zəlzələ qeydə alınıb.

"Unikal" xəbər verir ki, yeraltı təkanların böyük əksəriyyəti - təxminən 745-in gücü 3,0 baldan aşağı olub və sakinlər tərəfindən hiss olunmayıb. Bununla belə, 120 zəlzələ 3.0-3.9 bal gücündə, daha 17-si isə 4.0-4.9 bal gücündə olub.