Roma Papası Fransiskin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri başlayır.
Unikal.org  xarici KİV-ə istinadən xəbər verir ki, Papa ilk dəfə Ərəbistan yarımadasında səfərdə olacaq. 

Fransisk Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvətilə konfessiyalararası konfransda iştirak edəcək. Bundan başqa, Papa Əl-Əzhər məscidinin baş imamı Şeyx Əhməd Əl-Tayyib ilə görüşəcək.