ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında görüş 27-28 fevral tarixlərində Vyetnamım Dananq şəhərində keçirilə bilər.

Unikal.org-un məlumatına görə, D.Tramp bu həftə Çin nümayəndə heyəti Vaşinqtonda səfərdə olan zaman çinli həmkarı ilə görüşmək niyyətində olduğunu da bildirib.

ABŞ prezidentinin sözlərinə görə, o ticarət sazişini yekunlaşdırmaq üçün Si Cinpin ilə bir və ya iki görüş keçirmək istəyir.