Rusiyanın Kaluqa vilayətində avtobusun aşması nəticəsində 20 uşaq yaralanıb.

Unikal.org xəbər verir ki, Rusiya yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə Baş İdarəsinin məlumatına görə, fevralın 3-də Kaluqa-Vyazma yolunda avtobus yol kənarına aşıb.

İlkin məlumata əsasən, hadisə nəticəsində bir nəfər ölüb, 20 uşaq xəsarət alıb.

Avtobusda olan 47 sərnişindən 31-nin idman yarışına gedən uşaqlar olduğu bildirilir.