İranın şərqində Məşhəd şəhərində 40 masajçı saxlanılıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bunu İranın Rəzəvi Xorasanı vilayəti hüquq-mühafizə orqanının polis rəisi polkovnik Ümid Nudehi deyib.

Ü.Nudehinin sözlərinə görə, sosial-ictimai şəbəkələrdə aparılan araşdırmadan sonra bir qrup kişi və qadın masajçının reklamları müşahidə olunub.

Polis rəisi əlavə edib ki, keçirilən əməliyyatlar nəticəsində 40 nəfər saxlanılıb:

“Saxlanılanlar 22-32 yaşlar arasında gənclərdir. Onlar masaj adı altında əxlaqsızlıqla məşğul olublar”.