Antalyada 34 yaşlı azərbaycanlı Saleh Abdullayev yaşadığı evin hamam otağında ölü tapılıb.

Unikal.org xəbər verir ki, gəncin cəsədi otaq yoldaşının anası tərəfindən aşkarlanıb.

Hadisə, Muratpaşa mahalı Yüksekalan məhəlləsi, 518 küçəsində yerləşən 4 mərtəbəli binanın birinci mərtəbəsindəki mənzildə baş verib. Saleh Abdullayevin cənazəsi 4 gün əvvəl günorta saatlarında dostunun anası tərəfindən tapılıb. Hamam otağında Abdullayevin hərəkətsiz olduğunu görən qadın, polisə məlumat verib. Həyəcan zəngindən sonra hadisə yerinə gələn təcili tibbi yardım birqadası, gəncin öldüyünü görüblər. 

Polisin açıqlamasına görə, S.Abdullayev Antalyada turizm sektorunda çalışırmış. O, səhər saatlarında itini gəzdirib, evinə qayıtdıqdan sonra vanna otağında ölü tapılıb. 

Mərhumun cənazəsi müayinə olunmaq üçün Antalya tibbi məhkəməsinin meyitxanasına göndərilib.