İranın yeni səhiyyə, müalicə və tibbi təhsil naziri bəlli olub.

Unikal.org-un məlumatına görə, yeni nazir Səid Nəməki parlament deputatlarının 229 lehinə, 25 əleyhinə və 4 bitərəf səs toplayıb. O, İran inqilabından sonra həkim olmayan ilk səhiyyə naziridir.

Bildirilir ki, professor Səid Nəməki əczaçılıq və immunologiya üzrə doktoranturanı bitirib. Şəhid Behişti Tibb Elmləri Universitetinin elmi heyətinin üzvü, İranın Proqram və Büdcə Təşkilatı sədrinin müavini, Səhiyyə Sığortası Milli Araşdırmalar Mərkəzinin siyasət şurasının üzvüdür. İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının sabiq sədrinin müavini vəzifəsində işləyib. 

Qeyd edək ki, nazir Həsən Qazizadə Haşimi yanvar ayının əvvəllərində İranın Səhiyyə Nazirliyi təqaüdçülərinin mükafatının ödənməsində gecikmənin olduğuna görə, istefa vermişdi.