Ağstafa rayonunda döyülmə hadisəsi baş verib.
Unikal.org-un report-a istinadən məlumatına görə, hadisə Qıraq Kəsəmən kəndində qeydə alınıb.
Belə ki, 51 yaşlı İ.Mustafayev həmkəndlisi tərəfindən ağac parçası ilə döyülüb. Nəticədə o, bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Qeyd edək ki, hadisəyə mal-qara üstdə düşən mübahisə səbəb olub. Faktla bağlı araşdırma aparılır.