Tailandın altı əsas hava limanının sərnişin binalarında siqaret çəkmək qadağan edilib.

Unikal.org bildirir ki, bunlar paytaxt Banqkokun "Suvarnabhumi" və "Don Mıanq" hava limanları, populyar turizm bölgəsi olan Puketdəki aeroport, habelə Çianqmay, Hatyay and "Mefahlınq" hava limanlarıdır. Həmin hava limanlarının sərnişin binalarındakı siqaret çəkmək üçün otaqlar ləğv edilib. Siqaret çəkmək yalnız binaların bayırındakı xüsusi ayrılmış məntəqələrdə mümkün olacaq.

Bildirilir ki, qadağa 2017-ci ildə qəbul edilmiş tütün nəzarəti haqqında qanunun tələblərinə uyğun tətbiq edilir. Qadağanı pozanlar 5 min Tailand bahtı (təxminən 160 ABŞ dolları) cərimə ödəməli olacaqlar.