Beyləqanda seçicilərlə görüşdən qayıdan Milli Məclisin deputatı Şahin İsmayılovun yolda başına iş gəlib.
Unikal.org-un məlumatına görə, millət vəkilinin avtomobilində nasazlıq yaranıb və o yolda qalıb. Onun köməyinə isə Yol Patrul Xidmətinin 12-ci tağımının polis baş serjantı Elmdar Əliyev çatıb. E. Əliyev millət vəkilinə avtomobilinin düzəldilməsində yardımçı olub və Ş. İsmayılov yenidən yola davam edib.