Avstraliyada kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.

Unikal.org  TASS-a istinadən xəbər verir ki, hadisə Qold-Kost şəhərində baş verib.

Təyyarə Qold-Kost Palmvuds kurortunda manevr edərkən ağaca ilişib və yaşayış evinin həyətinə düşüb. Qəza zamanı təyyarənin heyət üzvü xəsarət alıb.

Avstraliyanın Nəqliyyat Təhlükəsizliyi Bürosu və polis hadisənin səbəbini araşdırır.

Daha əvvəl Avstraliyanın şərqindəki Brisbeyn şəhərinin beynəlxalq hava limanı fövqəladə vəziyyətə görə polis tərəfindən təxliyyə edilib.