Xəbər vermişdik ki, Türkiyənin Bilecik ərazisində Azərbaycan əsilli Mirassof S.-in idarəsindəki cib tipli avtomobillə fabrik işçilərini daşıyan mikroavtobus toqquşub. 
Qəzada, cip sürücüsü ilə oun yanında oturan Mirsadi Seyidov, Ersan Gülüm, İsmet Turan və  Gurbet Çankaya ilə mikroavtobusdakı 6 fəhlə yaralanıb. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki,baş verən yol qəzasında xəsarət alan azərbaycanlı tələbə 23 yaşlı Mirsani Seyidov dünyasını dəyişib.
Tələbə gənc Biləcik Dövlət Xəstəxanasına çatdırılsa da  onun həyatını xilas etmək mümkün olmayıb.

Universtet rəhbərloyi M.Seyidovun ailəsinə yaxınlarına başsağlı verib. 

Bildirilir ki, Biləcik Şeyx Ədəbali Universitetinin Maşınqayırma mühəndisliyi fakültəsində təhsil alan M.Seyidov fevralın 14-də məzun olmaq üçün imtahan verəcəkdi.
Qeyd edək ki, sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 11 nəfər yaralanıb.