Siyasi cəhətdən qeyri-sabit olan dünyada güclü ordu ölkələrin inkişafına və nüfuzuna təsir edən əsas amillərdən biridir. Odur ki, hər il olduğu kimi bu il də dünyada ən güclü ordunun hansı ölkəyə məxsus olduğunu müəyyənləşdirib.
Unikal.org anspress-ə istinadən məlumatına görə, 30 ölkə arasında aparılan qiymətləndirmədə əsas kriteriyalar orduların gücü, müdafiə büdcəsi, donanma, aviasiya və tankların sayı götürülüb.
Siyahıda ilk yeri ABŞ, ikinci yeri Tayland tutub. Peru üçüncü, Kanada döndüncü, Almaniya beşinci olub. İlk onluğa həmçinin Danimarka, Böyük Britaniya, Fransa Serbiya, Norveç və Cənubi Koreya Silahlı Qüvvələri daxildir.
Bu ilin aprelində "Global Firepower" analitik şirkəti dünyanın ən güclü ordusunun hansı ölkəyə məxsus olduğunu müəyyənləşdirib. 126 ölkə arasında aparılan qiymətləndirmədə Azərbaycan 60-cı yerdə qərarlaşıb.
Siyahıda ilk yeri ABŞ, ikinci yeri Rusiya ordusu tutub. Çin üçüncü, Hindistandördüncü olub. İlk onluğa həmçinin Yaponiya, Türkiyə, Böyük Britaniya, Fransavə Almaniyanın Silahlı Qüvvələri daxildir.