Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şamaxıya gedib.
FHN-dən Unikal.org-a verilən məlumata görə, fevralın 5-də saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı rayonu ərazisində, 8 km dərinlikdə zəlzələ qeydə alınmışdır. Zəlzələ episentirdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.
Fevralın 6-də səhər saatlarında Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, nazirliyin digər rəhbər şəxsləri və mütəxəssislər zəlzələnin nəticələrinin araşdırılması məqsədilə bölgəyə gəliblər. Əlavə məlumat veriləcəkdir.