"Şamaxıda baş verən zəlzələ nəticəsində əraziyə içməli suyun verilməsində məhdudiyyət yaratmayıb".
Bu barədə Unikal.org-a açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
Onun sözlərinə görə, qurum əməkdaşları əraziyə baxış keçirib: "Rayon ərazisindəki anbarlarda, hidrotexniki qurğularda vəziyyət yaxşıdır. Şəbəkədə hər şey qaydasındadır".
Xatırladaq ki, dünəndən indiyədək 5 zəlzələ qeydə alınlıb. İlkin zəlzələ yerli vaxtla 23.19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb.